İran yeni ballistik raketini təqdim etdi – Video

İran yeni ballistik raketini təqdim etdi – Video

12:09

İran Müdafiə Nazirliyi “Xürrəmşəhr” sinfinə məxsus ən son uzaqmənzilli strateji ballistik raketini təqdim edib. Bu, əvvəlki raket modellərinin təkmilləşdirilmiş versiyasıdır.

AzerTimes xəbər verir ki, bunu İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani deyib.

“Biz silahlı qüvvələri müxtəlif raketlər, pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çalışırıq. Raketin uçuş məsafəsi iki min kilometrdir və döyüş başlığı böyük partlayıcı gücə malikdir. Yeni raket “Xeybər” adlandırılıb”, – o bildirib.

Teqlər: