İsrailin Qafqaz regionunda mövcudluğu təhlükəsizliyə töhfə vermir.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib.
“Sionist rejim islam ölkələrində qeyri-sabitlik yaratmaqda öz maraqlarını güdür. Bu bizim ikitərəfli və çoxtərəfli görüşlərdə, xüsusən də rejimin qeyri-sabit vəziyyətinə əhəmiyyət vermədən, təəssüf ki, İsraillə münasibətləri yaxşılaşdırmağa çalışan ölkələrlə ifadə etdiyimiz aydın mövqedir”, – Kənani bildirib.