İran yenə Ermənistanın təhlükəsizliyindən danışdı

İran yenə Ermənistanın təhlükəsizliyindən danışdı

İran bütün qonşu ölkələrlə hər sahədə əməkdaşlığı inkişaf etdirmək siyasəti yürüdür.

AzerTimes Musavat.com-a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zühuri deyib.

“Ermənistan bizim qonşumuz və dost ölkəmizdir. Biz Ermənistanla münasibətlərimizi məhz bunun əsasında qururuq. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”, – səfir bildirib.

Səfirin sözlərinə görə, İranın mövqeyi həmişə beynəlxalq qanunlara uyğun olaraq bütün ölkələrin, o cümlədən Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməkdən ibarət olub:

“Ümid edirəm ki, iki qədim və çoxəsrlik ölkə arasında bu qarşılıqlı əlaqə bundan sonra da inkişaf edəcək”.

İranlı diplomat, həmçinin bildirib ki, Tehran və İrəvan arasında yollar, iqtisadi əməkdaşlıq və s. ilə bağlı müxtəlif istiqamətlərdə işlər aparılır.

Teqlər: