İran yazıçını kor edən şəxsi belə mükafatlandırdı

İran yazıçını kor edən şəxsi belə mükafatlandırdı

İranın hakimiyyət orqanları 2022-ci ilin avqustunda 75 yaşlı məşhur yazıçı Salman Rüşdiyə hücum edən 24 yaşlı Hadi Matariyə kənd təsərrüfatı sahəsi verir.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ruhullah Xomeyninin verdiyi fitvaların icrası fondunun sözçüsü Məhəmməd Zarei məlumat verib.

“Torpaq igid gəncə və ya onun varisinə veriləcək. O, Rüşdinin bir gözünü kor edib, bir əlindən məhrum etdiyi üçün müsəlmanları sevindirdi, indi Rüşdi sadəcə diri ölüdür”, – deyə Zarei bildirib.

Matar 2022-ci il avqustun 12-də Nyu Yorkda ictimai tədbir zamanı danışmağa hazırlaşarkən Rüşdiyə hücum edib və onu bıçaqlayıb. Matar yerindəcə həbs edilib.

Hücum nəticəsində Rüşdinin bir gözü görmə, bir əli isə hərəkət qabiliyyətini itirib.

24 yaşlı Matar valideynləri Livandan mühacirət edən ABŞ vətəndaşıdır. Anası oğlunun hərəkətini pisləyib və ailənin Hadi ilə əlaqələrini kəsdiyini bildirib. Matar özünü təqsirli bilməyib, məhkəmədə deyib ki, Rüşdini islam haqqında təhqiramiz fikirlərinə görə bəyənmir və yazıçının hücumdan sonra ölmədiyini öyrənəndə təəccüblənib.

Rüşdinin ölümünə çağırış fitvası 1989-cu ildə Xomeyni tərəfindən verilib. Fitvanın verilməsinə səbəb Rüşdinin həmin ilin fevralında nəşr olunan “Şeytan ayələri” romanı olub.

Hadi Matar həmin kitabın yalnız bir neçə səhifəsini oxuduğunu etiraf edib.

Teqlər: