İran yaxın saatlarda İsrailə cavab tədbirlərinə dair qərar verə bilər.
AzerTimes xəbər verir ki, bunu Moskvada səfərdə olan Fələstin lideri Mahmud Abbas bildirib.
“Qərar yaxın bir neçə gün və hətta yaxın bir neçə saat ərzində verilə bilər. Birincisi, biz fələstinlilər olaraq müharibəyə qarşıyıq. Oktyabrın 7-də biz rəsmən bəyan etdik ki, biz müharibənin əleyhinəyik. Ümid edə bilərik ki, heç bir eskalasiya olmayacaq”, – M.Abbas qeyd edib.