İran yaxın aylarda vaksin ixracatçısına çevriləcək – Nazir

Xəbər - Elnur Bağışov – Trend:

İran gələn 2-3 ay ərzində bölgədə koronavirus (COVID-19) vaksininin istehsalı mərkəzlərindən birinə çevriləcək.

AzerTimes-ın məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki deyib.

S.Nəməkinin sözlərinə görə, bununla da İran koronavirus vaksininin ixracatçılarından biri olacaq.

İranlı nazir İranda vaksinlərin yerli mütəxəssislərin səyləri nəticəsində ərsəyə gəldiyini qeyd edib.


Qeyd edək ki, İranda koronavirus əleyhinə 3 vaksin sınaq mərhələlərini keçməkdədir. Bu vaksinlər Pastor, Razi və Barakat vaksinləridir.

Ötən günün statistikasına əsasən, İranda 1 488 981 nəfər koronavirusa yoluxub, 58 686 nəfər bu virusdan ölüb, 1 272 287 nəfər sağalıb.