İran hökuməti Suriyada baş verən zəlzələ böhranından su-istifadə edərək, humanitar yardım adı altında Dəməşq hökuməti və Livan Hizbullahına silah-sursat tədarük etməkdədir.
AzerTimes xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “İlaf” qəzeti İsrailin hərbi kəşfiyyat qaynaqlarına istinadən məlumat yayıb.
Adının çəkilmədiyi İsrail rəsmisi İranın Suriyaya silah tədarükünün qarşısını almaq üçün tərəddüd etmədən tutarlı addım atılacağı barədə xəbərdarlıq edib.