Xoyda baş verən zəlzələ nəticəsində evlərini itirən soydaşlarımıza heç bir köməklik etməyən İran rejimi Suriyanın paytaxtı Dəməşqə humanitar yardım təyyarəsi göndərib.
AzerTimes xəbər verir ki, bununla bağlı “Azad İran” Teleqram kanalı görüntü paylaşıb.
Qeyd edək ki, 28-29 yanvarda Xoyda 6,5 və 4,5 bal gücündə zəlzələ baş verib, nəticədə minlərlə ev dağılıb, 3 nəfər ölüb, 1200-ə yaxın insan yaralanıb. İran rejimi isə zərərçəkənlərin ehtiyacını qarşılamaq yerinə, laqeydlikdən şikayət edən vətəndaşları polis qüvvələri ilə zorla dağıdıb.