İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə
Əfqanıstanın qərbində Herat vilayətində törədilən terror aktını
pisləyib.
AzerTimes-ın məlumatına görə, S.Xətibzadə terror aktında həlak
olanların ailələrinə, eləcə də Əfqanıstan hökumətinə və xalqına
başsağlığı verib.
İranlı diplomat ölkəsinin Əfqanıstan əhalisinin düşmənlərin
bölücü planlarının qarşısını alacağına əmin olduğunu bildirib.