Almaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
İran XİN ötən ilin noyabrında Almaniyanın Bohum şəhərində iranəsilli yerli sakinin sinaqoqu yandırmağa cəhdlə bağlı çıxarılan hökmlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağırdığını açıqlayıb.
Almaniya məhkəməsi hesab edir ki, planlaşdırılan hücum İranın dövlət qurumu ilə bağlıdır. Bununla bağlı olaraq, alman səfirə etiraz notası təqdim olunub.