Rusiya və digər ölkələrlə ticarət əlaqələrinin artması fonunda İran Xəzər dənizindəki ticarət donanmasına ən azı 15 gəmi əlavə edib.
AzerTimes xəbər verir ki, bunu İranın Liman və Dəniz Təşkilatının rəhbəri Əli Əkbər Səfeyi deyib.
“Şimalda qonşu ölkələrlə ticarətin həcminin getdikcə artdığını nəzərə alsaq, nazirlik üçün birinci prioritet Xəzər dənizində donanmanın genişləndirilməsi və tutumunun artırılmasıdır”, – Səfeyi bildirib.
Onun sözlərinə görə, İranın Xəzər ticarət donanması yaxın gələcəkdə Volqa çayı vasitəsilə gələn gəmilərin hesabına daha da artacaq.