Rusiya İranın “Xəyyam” peykindən istifadə edərək Ukraynada casusluq etmək niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
“Rusiya İrana Ukraynadakı hədəfləri izləmək üçün peykdən müstəqil istifadə etmək niyyəti barədə məlumat verib. Peyk avqustun 9-da Baykonur Kosmodromundan “Soyuz” raketindən istifadə edilərək orbitə buraxılacaq. Rusiya “Xəyyam” üçün mühüm obyektləri demək olar ki, fasiləsiz izləməyə imkan verən yüksək ayırdetmə qabiliyyətinə malik Kanopus-V sisteminin qurulmasına razılıq verib. Peyk vasitəsilə Tehran da bütün Yaxın Şərqi izləyə biləcək”, – məlumatda bildirlir.