
İran hakimiyyəti daxili məsələlərin həllində üçüncü ölkələrin heç bir müdaxiləsinə dözməyəcək.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“İranlılar daxili problemlərin həlli üçün öz aralarında dialoq və qarşılıqlı əlaqədə heç bir xarici müdaxiləyə icazə verməyəcəklər”, – o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrandakı etirazçılara kömək etməyə hazır olduğunu demişdi.


DOLLAR
AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN