İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini
Mehdi Səfəri bu həftə ərzində Azərbaycana səfər edəcək.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli
Əlizadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi İranla əlaqələrə
xüsusi önəm verir. Bununla əlaqədar tez-tez qarşılıqlı səfərlər baş
tutur.

Səfir əlavə edib ki, növbəti ayda da qarşılıqlı səfərlər həyata
keçiriləcək.

“Eyni zamanda növbəti ayda Azərbaycan Baş Nazirinin müavini
Şahin Mustafayevin İrana səfəri həyata keçirilə bilər. Bundan başqa
may ayında İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament
Assambleyasının iclası Bakıda keçiriləcək. Bu iclasa İƏT-ə üzv
ölkələrin parlamentlərinin sədrləri dəvət olunub. İran parlament
sədri və nümayəndə heyətinin həmin iclasa yüksək səviyyədə
qatılacağı gözlənilir”, – deyə o qeyd edib.

Teqlər: