İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir

Xəbər - Elnur Bağışov – Trend:

Bu gün İran xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur Azərbaycana səfər edəcək.

Bu barədə AzerTimes-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, nazir müavini İran və Türkiyə arasında araşdırmalar mərkəzlərinin üçtərəfli iclasında iştirak edəcək. Bakıya 3 günlük səfər çərçivəsində İran xarici işlər nazirinin müavini və İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri iclasdan əlavə Azərbaycanın bəzi rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.

Teqlər: