İran xarici işlər naziri Azərbaycana yola düşüb

Xəbər - Elnur Bağışov – Trend:

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyəti bu gün səhər Azərbaycana yola düşüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, nazirin səfəri çərçivəsində iki ölkənin rəsmiləri ilə danışıqlar aparılacaq:

“İkitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, həmçinin regional proseslər haqda fikir mübadiləsi aparılacaq”, – deyə o bildirib.

Teqlər: