İran xarici banklarda dondurulmuş aktivlərini geri alacaq

İran xarici banklarda ABŞ-ın müraciəti əsasında dondurulmuş 7
milyard dollarlıq aktivlərin azad edilməsi barədə bir sıra
ölkələrlə razılıq əldə edib.

Trend-in
məlumatına görə, bu barədı IRNA agentliyi xəbər verir.

Qeyd olunur ki, azad edilən aktivlər bir neçə həftə ərzində
İranın hesablarına keçirilə bilər.

İranın hansı ölkələrlə razılıq əldə etdiyi açıqlanmayıb.