İran xaricdən gətirilən koronavirus vaksinlərinin sayını açıqlayıb

Xəbər - Elnur Bağışov – Trend:

2021-ci il fevralın 3-dən 2022-ci il yanvarın 19-a qədər İrana 155 milyon doza koronavirus vaksini idxal olunub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, İrana idxal olunan 93-cü paket koronavirus vaksini İspaniyanın İrana hədiyyə etdiyi 2,2 milyon doza “AstraZeneca” vaksini olub.


O əlavə edib ki, ötən günlərdə də Yunanıstandan 1 paket 193 min doza “AstraZeneca”, Yaponiyadan 2 paket 35 min doza “AstraZeneca” vaksini idxal olunub. Beləliklə İrana ümumilikdə 15 754 610 doza “AstraZeneca” vaksini idxal olunub.

Gömrük rəsmisi deyib ki, bundan başqa İrana indiyədək 134 004 498 doza “Sinofarm”, 4 091 200 doza “Sputnik V”, 1 125 000 doza “Bharat” vaksinləri idxal olunub.