ABŞ İrandakı etirazçıları dəstəkləyir və hesab edir ki, ölkədə hakimiyyət dəyişikliyi olub-olmaması onların öz ixtiyarındadır.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıb.
“Bu, İran xalqının qərarıdır. Şübhəsiz ki, İran xalqı öz gələcəyini müəyyən etməlidir”, – Kirbi qeyd edib.