İran vitse-prezidenti hadisə yerinə yollandı

İran vitse-prezidenti hadisə yerinə yollandı

İranın vitse-prezidenti Möhsün Mənsuri Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı əraziyə yollanıb.

AzerTimes xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi məlumat verib.

“İcra işləri üzrə vitse-prezident hökumətin bəzi üzvləri ilə birlikdə Təbrizə yollanıb”, – deyə hökumət sözçüsü X şəbəkəsində yazıb.

Bundan əlavə, İranın səhiyyə nazirinin də hadisə yerinə getməsi barədə məlumat yayılıb.

Teqlər: