İran vətəndaşı yolu azaraq Azərbaycan tərəfə keçib

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı
mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam
etdirilir.

DSX-dən AzerTimes-a verilən məlumata görə, fevral ayının 10-da saat
13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi
yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1
nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası
istiqamətində dövlət sərhədini pozması müşahidə edilmiş və sərhəd
pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı özünü 1987-ci il təvəllüdlü Ocarudi Məsud Momen
kimi təqdim etmiş şəxsin yolu azması nəticəsində dövlət sərhədini
pozması müəyyən edilib.


Faktla bağlı müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə
məlumatlandırılmış, qısa müddət ərzində qeyd olunan şəxsin İİR
tərəfinə təhvil verilməsi nəzərdə tutulub.

Teqlər: