İran və Türkiyə bir sıra ölkələrlə İsrailə silah embarqosu tətbiqi ilə bağlı danışıqları davam etdirir.
AzerTimes xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində silah embarqosunun tətbiqi məsələsi qaldırılıb. Sionist rejimə silah tədarükünün qadağan edilməsi üçün İran və Türkiyə bir neçə islam ölkəsi ilə danışıqlar aparır”, – o qeyd edib.