İran və Səudiyyə birgə bəyanat qəbul etdi

İran və Səudiyyə birgə bəyanat qəbul etdi

11:05

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Feysəl bin Fərhan arasında Pekində görüş keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.

Məlumata görə, görüş zamanı nazirlər ikitərəfli münasibətlərin perspektivlərinə dair birgə bəyanat imzalayıblar.

İki ölkənin xarici işlər nazirləri birgə bəyanatda uçuşların və vizaların verilməsinin bərpa olunduğunu, səfirlik və konsulluqların yenidən açılması prosesinin başladığını elan ediblər.

Birgə bəyanatda rəsmilər və ikitərəfli nümayəndə heyətlərinin görüşünün davam etdirilməsi vurğulanıb və 2001-ci ildə imzalanmış təhlükəsizlik sazişinin bərpası elan edilib.

Teqlər: