Biz dostlarımızın yanındayıq, İran və Rusiyanın uğur qazanmasına imkan verməyəcəyik.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
O, ABŞ Konqresini İsrail və Ukraynaya yardım paketini dərhal qəbul etməyə çağırıb.
“İsrail İranın görünməmiş hücumları ilə, Ukrayna isə son bir ayda kəskin şəkildə intensivləşən Rusiyanın davamlı bombardmanı ilə üzləşir. İran İsraili əbədi olaraq məhv etmək, dünyanın yeganə yəhudi dövlətini xəritədən silmək istəyir. Nümayəndələr Palatası bu həftə paketi qəbul etməlidir. Mən dünyaya mesaj göndərmək üçün bunu dərhal imzalayacağam”, – Bayden bildirib.