İran və Çin Xarici İşlər Nazirləri Məhəmməd Cavad Zərif və Van İ tərəfindən İran və Çin arasında əməkdaşlığa dair hərtərəfli sənəd imzalanıb.
AzerTimes-ın məlumatına görə, sənəd İranın Xarici İşlər Nazirliyində imzalanıb.
Qeyd edək ki, İran və Çin 2015-ci ilin fevral ayında Si Tsinpinin Tehrana rəsmi səfəri zamanı bəyanatlar verərək strateji münasibətlərini yüksəldiblər.
Bu bəyanatın 6-cı bəndində tərəflər məsləhətləşmələr aparmağa və uzunmüddətli əməkdaşlığa dair sənəd barədə razılığa gəlməyə hazır olduqlarını bildirdilər.