İran və Azərbaycanın əsas üstünlüklərindən biri onların tranzit imkanlarıdır – Səfir

Xəbər - Elnur Bağışov – Trend:

İran və Azərbaycanın əsas üstünlüklərindən biri də onların tranzit imkanlarıdır

Bunu İran Azərbaycandakl səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında AzerTimes-ın əməkdaşının sualını cavablandırarkən deyib.

S.A.Musəvinin sözlərinə görə, İran və Azərbaycan Şimal Cənub Dəhlizinin əsas yolunda yerləşirlər. Bu dəhliz təkcə quru yolunda ibarət deyil, dəmir yolu və dəniz yolu da var.

“Bu dəhliz çərçivəsində quru yollardan məhsul tranziti həyata keçirilir. Bu dəhlizdə dəmiryolunun bir hissəsi Astara Rəçt dəmiryolunun tikilməsi üçün konsorsium təşkil oluna bilər. Bu baş verməzsə, İran özü bu dəmiryolunu tikəcək”, – deyə səfir əlavə edib.

Teqlər: