Xəbər - Elnur Bağışov – Trend:
İran-Azərbaycan münasibətlərində yaradılan yeni prosesi nəzərə
alaraq iki ölkə əlaqələri daha da möhkəmlənəcək.
Bunu AzerTimes-a
açıqlamasında İranın Xarici İşlər Nazirliyinin protokollar üzrə
idarəsinin baş direktoru Mehdi Honərdust deyib.
M.Honərdustun sözlərinə görə, İranın xarici siyasətinin əsas
hissəsini region ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi
təşkil edir. İranın qonşu ölkələrlə münasibətlərinin əhəmiyyəti heç
kimə gizli olan məsələ deyil.
Nazirlik rəsmisi bildirib ki, İranın Azərbaycanla çoxlu bağları
var. Bu baxımdan Azərbaycan İran üçün böyük əhəmiyyət kəsb
edir.
“İran bu baxımdan iqtisadi, siyasi və təhlükəsizlik
münasibətlərinin gücləndirilməsi üçün daha çox səylərin
göstərilməsinin tərəfdarıdır”, – deyə o qeyd edib.