İranın Hava Hücumundan Müdafiə Qüvvələri mümkün təhlükələrə qarşı mübarizə aparmaq üçün bu il qabaqcıl uzaqmənzilli hərbi texnika istehsal etməyi hədəfləyir.
AzerTimes xəbər verir ki, bunu İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, briqada generalı Əlirza Səbahi-Fərd deyib.
“Gözlənilən təhdidlərə və mümkün qarşıdan gələn çağırışlara uyğun olaraq, qabaqcıl uzaqmənzilli radarların, raketlərin və pilotsuz təyyarələrin istehsalı ordunun hava hücumundan müdafiə qüvvələrinin bu il gündəmindədir”, – o bildirib.