İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələri təlim zamanı uzaqmənzilli ballistik raketin buraxılışını uğurla həyata keçirib.
AzerTimes xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general-mayor Hüseyn Salami deyib.
“SEPAH-ın Hərbi Dəniz Qüvvələri bir sıra yeni nailiyyətlər əldə edib. İran Aerokosmik Qüvvələri ilə birlikdə hərbi gəmidən uzaqmənzilli ballistik raketin buraxılışının uğurla həyata keçirməsi bizim dəniz imkanlarımızı istənilən səviyyəyə çatdırıb”, – Səlami bildirib.
Onun sözlərinə görə, İrana qarşı hər hansı bir addıma sərt reaksiya veriləcək.