İran uranın zənginləşdirilməsi prosesini yenidən sürətləndirib.
AzerTimes xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.
O, İran rejiminin yoxlamalar aparılmasına maneələr yaratmaqda davam etdiyini bildirib:
“İran dünyada yeganə qeyri-nüvə ölkəsidir ki, uranı bu qədər yüksək səviyyədə, nüvə silahı istehsal etmək üçün lazım olan miqdarda zənginləşdirir”, – o bildirib.
Xatırladaq ki, MAQATE İranın 3 atom bombası əldə etmək üçün 60 faiz zənginləşdirilmiş urana malik olduğunu açıqlamışdı.