İran oktyabrın 4-dən Türkmənistanla sərhədini bağlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayhıb.
Məlumata görə, türkmən sahibkarları, zəvvarlar və müalicə üçün qonşu ölkəyə gedən insanlar sərhəddən geri qaytarılır.
Yük maşınları da iki ölkənin sərhəd-keçid məntəqəsindən buraxılmır.
Sərhədin bağlanmasının səbəbləri dəqiq məlum deyil.