İrandan Türkiyəyə qaz nəqli 70 faiz azalıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin “Botaş” şirkəti məlumat verib.
“İranın qaz nəqli sistemində yaranan nasazlıq səbəbindən 2023-cü il yanvarın 1-dən etibarən Türkiyəyə mavi yanacağın tədarükü 70 faiz azalıb. Problemin qısa müddətdə aradan qaldırılması üçün iranlı həmkarlarımızla əlaqə saxlanılıb və məsələni diqqətdə saxlayırıq. Bunun ölkədə təbii qaz istehlakına mənfi təsir etməməsi üçün lazımi tədbirlər görülüb, əlavə qaz tələbatımız qaz anbarlarından qarşılanılır”, – şirkətin məlumatında qeyd olunub.