İran-Türkiyə sərhədində 4,3 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, zəlzələ İran-Türkiyə sərhədindəki Maku şəhərindən 7 km aralıda qeydə alınıb. Mənbə 10 km dərinlikdə yerləşib.
Yeraltı təkan İrəvanda da hiss edilib.