İstanbul-Tehran marşrutunu icra edən İran aviaşirkəti “Ata Airlines”ə məxsus sərnişin təyyarəsi İstanbul hava limanına təcili eniş edib.
AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, Airbus A320 tipli sərnişin təyyarəsi İstanbuldan hava qalxdıqdan bir müddət sonra kabinə təzyiqi ilə bağlı texniki problem yaşayıb və bu səbəbdən yenidən hava limanına Bolu üzərindən geri qayıtmaq məcburiyyətində qalıb.
Təyyarə problemsiz şəkildə hava limanına eniş edib. Sərnişinlər isə digər bir təyyarə ilə Tehrana yola salınıb.