İran təsdiqlədi: Qəsdən bu raketlərdən istifadə edib

İran təsdiqlədi: Qəsdən bu raketlərdən istifadə edib

İrana qarşı təhdidlərə cavab veriləcək.

AzerTimes xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf deyib.

“Terrorçuların qərargahını 1250 km məsafədən hədəfə almaq ölkəmizi təhdid edən hər kəsə mesaj idi. Sadəcə, raketlərin bucağını dəyişə bilərik”, – Qalibaf bildirib.

Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı “Ceyş ül-Ədl” qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. İraqın şimalında isə MOSSAD casusu saydığı şəxsin evinə 4 raket atıb, nəticədə 1 azyaşlı olmaqla, 5 nəfər ölüb.

SEPAH hədəfləri vurmaq üçün lazım olduğundan daha uzaqmənzilli raketlərdən istifadə etməsi ilə diqqət çəkib.

Teqlər: