İran Omanda ABŞ nümayəndələri ilə dolayı danışıqlar aparır.
AzerTimes xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məlumat verib.
O bildirib ki, danışıqlar davam edəcək.
Qeyd edək ki, daha öncə “Axios” nəşri ABŞ və İranın bu həftə Omanda Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün danışıqlar apardığı haqda məlumat yaymışdı.