İran terrorçularla bu cür əməkdaşlıq edir

İran terrorçularla bu cür əməkdaşlıq edir

Tehran rejimi müxaliflərə qarşı əməliyyatlar keçirmək qarşılığında Əl-Qaidə üzvlərinə sığınacaq verir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı keçmiş nümayəndəsi və ABŞ-ın İraqdakı səfiri Zalmay Xəlilzad açıqlama verib.

“Əl-Qaidənin rəhbəri Seyf əl-Ədil İranda yaşayır. Çox güman ki, Ədil və Qüds qüvvələri arasında razılıq əldə olunub. Əl-Qaidə İranın onlara verdiyi sığınacaq və dəstək müqabilində Tehran rejminin müxaliflərini hədəf alır”, – Xəlilzad bildirib.

O deyib ki, İran tərəfindən artan təhlükə ABŞ və onun müttəfiqlərini Tehran rejimini daha da təcrid etmək və onun legitimliyini sarsıtmağa sövq edir.

Teqlər: