İran terrora ən çox əl atan dövlətdir – Mİ-5-in baş direktoru

İran terrora ən çox əl atan dövlətdir – Mİ-5-in baş direktoru

İran terrora ən çox əl atan dövlətdir.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın Kəşfiyyat Xidmətinin (Mİ-5) baş direktoru Ken Makkallum ənənəvi illik “Ölkələrə qarşı təhdidlər” adlı hesabatı ilə əlaqədar bildirib.

“Mən terrora ən çox əl atan dövlət olan İrandan gələn təhlükəni qeyd etmək istəyirəm. İranda mövcud etiraz dalğası totalitar rejim haqqında fundamental suallar yaradır. Bu, dərin dəyişikliklərin göstəricisi ola bilər. Lakin istiqamət hələ ki, qeyri-müəyyəndir. Hələlik biz rejimin tənqidçiləri susdurmaq üçün zorakılığa əl atdığını görürük. İran proksiləri ilə birlikdə regionda və onun hüdudlarından kənarda sabitliyi dərindən pozan faktor olaraq qalmaqdadır. İran Rusiyaya dronlar təmin etməklə dəstək verir.

İran rejimin düşməni kimi qəbul edilən Böyük Britaniyada yaşayan şəxsləri oğurlamaq və ya hətta öldürmək niyyətini ortaya qoyur. Yanvar ayından bəri ən azı on dəfə bu cür potensial təhlükənin şahidi olmuşuq. Biz, tamamilə qəbuledilməz bu fəaliyyəti pozmaq üçün yerli və beynəlxalq tərəfdaşlarla yaxından işləyirik. Ölkəmizin xarici işlər naziri İran rejiminə açıq şəkildə bildirib ki, Böyük Britaniya ölkəsində yaşayan jurnalistlərə və ya hər hansı bir şəxsə qarşı hədə-qorxu və ya həyat təhdidlərinə dözməyəcək”, – o, bildirib.

Teqlər: