Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Türkiyə ordusunun əsgəri Hakkari / Yüksekova sərhəd bölgəsində həyata keçirilən kəşfiyyat və nəzarət fəaliyyəti zamanı İran istiqamətindən açılan atəş nəticəsində yaralanıb. Təcili şəkildə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq əsgər keçinib.”, – məlumatda bildirilib.