İran teraktda ölənlərin sayını niyə azaldır? – Talibi

İran teraktda ölənlərin sayını niyə azaldır? – Talibi

Kirmanda baş verən partlayışın əvvəlcə qaz balonundan qaynaqlandığını bildirib, daha sonra terror hadisəsi olduğunu etiraf edən İran gerçəkləri gizlətməyə davam edir. Həlak olanların sayı Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamada əvvəlcə 103, sonra 95, daha sonra isə 84 nəfər elan edilir. Həlak olanların sayını azaltmaqla İran nəyə nail olmağa çalışır?

AzerTimes xəbər verir ki, iranlı jurnalist Rza Talibi bu barədə “İran İnternational”a müsahibəsində danışıb.

“Bugün fövqaladə hallar naziri elan etdi ki, bəzi cəsədlərin paralanması nəticəsində ölənlərin sayı barədə verilən məlumatda yanlışlıq olub. Ancaq deyərdim ki, bu, məsələnin sadəcə bir üzüdür, bunun müxtəlif səbəbləri var. Media prinsipinə zidd olsa da, İran hökuməti həqiqəti gizlətmək və qeyri-şəffaflığını davam etməkdən ötrü yalnız öz hakimiyyəti üçün əlverişli xəbərləri məqbul hesab edir”, – jurnalist söyləyib.

O bildirib ki, İranda çox sayda təhlükəsizlik qüvvələri var və onlar kifayət qədər yüksək büdcə hesabına fəaliyyət göstərir. Bununla belə, ölkədə milli təhlükəsizlik baxımından çox şiddətli boşluqlar mövcuddur. Bunun əsas səbəbi də gərəkli mütəxəsislərin yoxluğu, təhlükəzislik üçün ayrılan büdcənin düzgün istifadə olunmamasıdır:

“İran daxili sabitliyini qorumaq üçün öz içində mübarizə aparır. Hökumət vətəndaşlarının təhlükəsizliyini qorumaq əvəzinə bu qüvvələri hicab mitinqlərini yatırmaq üçün istifadə edir. Bu da öz növbəsində ölkədə inamsızlıq mühitinin formalaşmasına və ikitirəliyə səbəb olur”.

Həmçinin o, bu hadisəylə bağlı heç bir hökumət nümayəndəsinin istefa verməyəcəyinə və yaxud üzrxahlıq etməyəcəyinə diqqət çəkib:

“Mən artıq buna təəccüb etmirəm. Onsuz da İran həmişə öz məsuliyyət topunu düşmən meydançasına atmağa adət edib”.

Teqlər: