İran terakt barədə Rusiyanı xəbərdar edibmiş

İran terakt barədə Rusiyanı xəbərdar edibmiş

İran “Krokus Siti Holl”dakı qətliamdan öncə Rusiyaya böyük terror aktı barədə xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi mənbələrinə istinadla məlumat yayıb.

“Krokus” hücumundan bir neçə gün əvvəl Tehran Rusiya daxilində mümkün böyük terror aktı ilə bağlı əldə etdiyi məlumatları Moskva ilə paylaşıb. Məlumat İrandakı partlayışlarla bağlı həbs olunanların dindirilməsi zamanı əldə edilib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, martın 22-də “Krokus Siti Holl”da baş verən terror aktı nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.

Teqlər: