İran Məhkəməsi Cəmşid Şarməhdi mühakimə edib, ancaq ölümü onun barəsində çıxarılan edam hökmünün icrasına imkan vermədi. Belə ki, Şarməhd öz əcəli ilə həyatını itirdi.
AzerTimes xəbər verir ki, bu sözləri İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangiri deyib.
Bundan əvvəl isə İran Məhkəməsi və rəsmi dövlət mediası İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarməhdin edam edildiyini bildirib.
Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan iranəsilli Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib.
Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb, İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb və 32 İran diplomatını ölkədən qovub.