Bir neçə gün əvvəl Türkiyə komandasının tərkibində Paris 2024 Paraolipiyadasında çıxış edərək qızıl medal alan təbrizli atlet Səccad Haşiminin (Sərkan Yıldırım) qızıl medalı geri alınıb və qələbəsi ləğv edilib.
AzerTimes xəbər verir ki, buna səbəb İran tərəfinin təbrizli idmançı barəsində şikayətləri olub.
İran tərəfi Səccad Haşiminin iranlı olmasını, sonradan Türkiyəyə getməsini və əlil olmamasını iddia edib.
Türkiyə Paralimpiya Komitəsi məlumatı təsdiqləyib və bu qərara etiraz olaraq Səccad Haşiminin yanında olduqlarını bildirib.
“Meydanda qazanılan medalın məhkəmədə geri alınmasına imkan verməməyə çalışacağıq”, – bəyanatda bildirilib.
Qeyd edək ki, Səccad Haşimi (Sərkan Yıldırım) Paris-2024 Paralimpiya oyunlarında 100 metr məsafəyə qaçış üzrə birinci yeri tutub.
Təbrizli atletin Paralimpiyadada Türkiyə adından qızıl medal qazanması İran mediasında ciddi müzakirələrə səbəb olub.
İran mediası və idman dairələri təbrizli idmançının qələbəsini qısqanclıqla qarşılayıb, onu satqınlıqda günahlandırıblar.