İran parlamenti “Yeddinci İnkişaf Planı”ında nəzərdə tutulan xərcləri müzakirə edərək, təbliğat sahəsinə ayrılan vəsaitin artırılması qərarını təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qərara əsasən, 5 illik “Yeddinci İnkişaf Planı” çərçivəsində İran Radio və Televiziya Şirkətinə ayrılan büdcə 43 faiz artırılacaq.