İran tarixin zibilliyinə gedənə qədər… – ABŞ senatoru

İran tarixin zibilliyinə gedənə qədər… – ABŞ senatoru

Üç il əvvəl ABŞ hərbçiləri, kəşfiyyat qüvvələrimiz yüksək bacarıqla İranın terrorçu liderini öldürdü və mən fəxrlə Senata bu əməliyyatda iştirak edənlərin qiymətləndirilməsinin vacibliyini vurğulayan qətnamə təqdim etdim.

AzerTimes xəbər verir ki, bunu Texas ştatının respublikaçı senatoru Ted Kruz Tvitter hesabında Qasim Süleymaninin ölümünün 3-cü il dönümü ilə bağlı yazdığı tvitində bildirib.

“Bu qətnamə həm Respublikaçılar, həm də Demokratlar tərəfindən güclü dəstəkləndi. İran və onun müttəfiqləri, o cümlədən Qüds qüvvələri tərəfindən terror təhdidlərinin davam etməsinə gəlincə, İran rejimi tarixin zibilliyinə gedənə qədər amerikalılar üçün təhdid olacaq”.

Teqlər: