İran taktikasını dəyişir: Bakı-Tehran xəttində qırılma…

İran taktikasını dəyişir: Bakı-Tehran xəttində qırılma…

Terror aktının törədildiyi ilk gündə özünü “dost” kimi göstərməyə çalışan İran rejiminin ritorikası və taktikası dəyişir:

– İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib;

– Artıq media üzərindən “hücumu Azərbaycan tərəfi təşkil edib” kimi absurd iddialar irəli sürülür;

– Terrorçu Yasin Hüseynzadənin “Azərbaycanla bağlılığına” haqda uydurmalar ortaya atılır;

İranın sərgilədiyi mövqe bu terror aktının Bakı-Tehran xəttində qırılma nöqtəsi olacağı gözləntisini önə çıxarır.

Teqlər: