İran rəhbəri Əli Xameneinin ofisinin siyasi-ideoloji təbliğatçısı Meysəm Mütii Tailanda gedib.
AzerTimes xəbər verir ki, bu barədə Xameneinin ofisi məlumat yayıb.
Bildirilib ki, o, Tailand şiələrinin dəvəti ilə bu ölkəyə səfər edib və Bankokda “Əl-Mehdi” qadın dini məktəbində olub.
Qeyd edək ki, İran mediasının iddiasına görə, Tailandda 30 min şiə yaşayır.