İran sutkalıq neft hasilatını 3,6 milyon barreldən 4 milyon barrelə qaldırmaq qərarına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə İran prezidenti səlahiyyətlərini icra edən Məhəmməd Müxbirin rəhbərliyi ilə keçirilən İqtisadi Şurada qərar qəbul olunub.
Qeyd edilib ki, bu, ölkəyə əlavə milyardlarla dollar vəsaitin daxil olmasını təmin edəcək.