İranın bir sıra iri şəhərlərində su təchizatı ilə bağlı problemlər artır.
AzerTimes xəbər verir ki, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian deyib.
Onun sözlərinə görə, ən çox su təchizatı problemi ilə üzləşən şəhərlər Tehran, Məşhəd, İsfahandır.
“Tasnim” agentliyinin məlumatına görə, İranın su anbarlarının 63 faizi boşalıb. Agentlik İranın su ehtiyatlarının idarə edilməsi şirkətinin statistikasına istinadla bildirib ki, hazırda su anbarlarında 18 milyard 320 milyon kubmetr su var ki, bu da ümumi həcmin 37 faizini təşkil edir.