
İran Şri-Lanka sahillərinə yeni hərbi gəmi göndərir.
AzerTimes xəbər verir ki, bu barədə İranın media naziri Nalinda Jayatissa açıqlama verib. O, ikinci İran hərbi gəmisinin Şri-Lanka ərazi sularına doğru hərəkət etdiyini açıqlayıb. Nazir Jayatissa bildirib ki, 100-dən çox heyət üzvünün olduğu bildirilən hərbi gəmi hazırda Şri-Lanka ərazi sularının kənarında yerləşib.
Qeyd edək ki, həmin ərazi ABŞ-nin sualtı qayığının İran freqatını məhv etdiyi yerlə eynidir. Bundan əvvəl, ABŞ sualtı qayığı Şri-Lanka sahillərində beynəlxalq sularda İran hərbi gəmisini torpeda ilə vuraraq batırıb. Hücuma məruz qalan “Dena” adlı freqatın Hindistanda keçirilən “Beynəlxalq Donanma İcmalı 2026” tədbirindən qayıtdığı bildirilib. Xilasetmə qrupları ərazidə axtarışları davam etdirir, lakin freqatın qalıqlarından heç bir iz tapılmayıb.
AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN